Bu gün
Aİ Gürcüstanın bir neçə regional proqramda iştirakını dayandırıb

Avropa İttifaqı Gürcüstanın təhlükəsizlik və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə layihələrində iştirakını dayandırıb. Təhlil.az-ın məlumatına görə, Gürcüstan mediası Aİ səfiri Pavel Gerçinskinin məktubuna istinadən xəbər verir ki, qərar 15 oktyabr 2025-ci ildə qüvvəyə minib.
Üç əsas layihə dayandırılıb:
“Europol II” — "Şərq Tərəfdaşlığı Regionunda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə";
“TOPCOP II” — Mütəşəkkil Cinayətkarlığa Qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı;
“EU4Monitoring Narkotics II” — Narkotik monitorinqi.
Dayandırma Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə və digər hüquq-mühafizə orqanlarına təsir edəcək.
Bu gün