Bu gün

BƏƏ-də Pavel Durovun dostu və onun həyat yoldaşı qətlə yetirilib

Birləşmiş Ərəb Əmirliklərində rusiyalı iş adamı, “Telegram”ın təsisçisi Pavel Durovun dostu kimi tanınan Roman Novak və onun həyat yoldaşı Anna qətlə yetirilib.

Təhlil.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, cütlük özlərini investor kimi təqdim edən şəxslər tərəfindən qaçırılıb. Onlara Dubaydan təxminən 130 kilometr məsafədə yerləşən Xatta şəhərində görüş təklif olunub. Əvvəlcə Novak və həyat yoldaşı şəxsi sürücüləri ilə yola çıxıblar, lakin sonradan başqa avtomobilə miniblər və bundan sonra onlarla əlaqə kəsilib.

İstintaq müəyyən edib ki, cütlük girov götürülərək qarşılığında iri məbləğdə pul almaq məqsədilə qaçırılıb, lakin bu planı həyata keçirmək mümkün olmayıb. Daha sonra Roman və Anna Novak qətlə yetirilib.

Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi — iki nəfərin qəsdən öldürülməsi faktı üzrə cinayət işi açılıb. İstintaq davam edir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?