Bu gün

Peskov: “Rusiya Mərkəzi Asiya ölkələri ilə münasibətlərini qurur və onlara dəyər verir”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-da keçirilən C5+1 sammitinə münasibət bildirib.

Təhlil.az xəbər verir ki, Kremlin sözçüsü jurnalistlərə açıqlamasında deyib: "Mərkəzi Asiya ölkələrinin müxtəlif tərəfdaşlarla əlaqələr qurması normal və təbii prosesdir".

Onun sözlərinə görə, bir çox ölkə Mərkəzi Asiya ilə münasibətlər formalaşdırır: "Çin–Mərkəzi Asiya, Yaponiya–Mərkəzi Asiya və Aİ–Mərkəzi Asiya sammitləri var. Bu, artıq geniş yayılmış formatdır”.

Peskov vurğulayıb ki, Rusiya da öz regiondakı dost və tərəfdaşları ilə əlaqələrə xüsusi önəm verir.

“Mərkəzi Asiyadakı dostlarımızın xarici siyasətlərinin bütün aspektlərini müzakirə etmələri tamamilə təbiidir. Rusiyanın da öz formatı var və bu yaxınlarda keçirilən Rusiya–Mərkəzi Asiya sammiti bunun göstəricisidir. Biz bu ölkələrlə münasibətlərimizi qurur və onlara dəyər veririk”, - deyə o qeyd edib.   

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?