Bu gün

Pakistanın Baş naziri Şahbaz Şərif Bakıya gəlir

Pakistanın Baş naziri Şahbaz Şərif 7–8 noyabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində Şahbaz Şərif Azərbaycanın Qələbəsinin beşinci ildönümünə həsr olunan hərbi paradda iştirak edəcək və Qələbə Günü münasibətilə keçirilən rəsmi mərasimlərdə yer alacaq.

Rəsmi açıqlamaya görə, baş nazir həmçinin Prezident İlham Əliyevlə görüşəcək. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın yeni mərhələləri müzakirə olunacaq. Tərəflər ticarət, investisiya, enerji, müdafiə, təhsil və regional əməkdaşlıq sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün yeni istiqamətlərin müəyyənləşdirilməsini planlaşdırırlar.

Səfərin əsas məqsədlərindən biri Pakistanla Azərbaycanın strateji tərəfdaşlığını gücləndirmək və ikitərəfli əlaqələri daha yüksək səviyyəyə çıxarmaqdır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?