Bu gün

Trampın elçisi: “İlham Əliyev həqiqi dövlət lideridir”

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla 30 ildən artıq davam edən münaqişənin ədalətli həllində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Təhlil.az xəbər verir ki, Mayamidə keçirilən Amerika Biznes Forumunda çıxış edən Uitkoff bildirib ki, avqust ayında ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə İlham Əliyevlə görüş zamanı ondan üstün hərbi gücə malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini soruşub.

Prezident İlham Əliyev bu suala belə cavab verib: “Məqsədim yalnız işğal olunmuş əraziləri geri qaytarmaq idi. Mənə artıq heç nə lazım deyildi.”

Uitkoff qeyd edib ki, bu cavab “həqiqi dövlət liderinə xas olan heyrətamiz qərar” idi və Prezident İlham Əliyev sülhün bərqərar olması naminə nümunəvi iradə nümayiş etdirib.

Onun  sözlərinə görə, Azərbaycan Prezidentinin bu mövqeyi regionda dayanıqlı sülhün və qarşılıqlı etimadın formalaşması baxımından mühüm tarixi əhəmiyyət daşıyır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?