Bu gün
Çexiya hökuməti istefa verib

Çexiyanın Baş naziri Petr Fialanın rəhbərlik etdiyi hökumət istefa verib.
"Nazirlik Kabineti istefa vermək qərarına gəlib. Mən istefa ərizəsini bu gün ölkə prezidentinə təqdim edəcəyəm", - deyə Fiala bildirib.
Təhlil.az xəbər verir ki, Nazirlər Kabineti son parlament seçkilərinin yekunlarına görə istefaya getməli olub. Hökumət dövlət başçısının yeni kabinet təyin olunana qədər fəaliyyət göstərməsi barədə göstəriş verməsini gözləyir.
Bu gün