Bu gün
Azərbaycan bu Konvensiyaya qoşuldu

Azərbaycan Respublikası “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya qoşulub.
Təhlil.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Qanuna əsasən, Azərbaycan Respublikası 2021-ci il yanvarın 27-də Paris şəhərində imzalanmış “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya qoşulub.
Bu gün