Bu gün

Bu marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə 71 nömrəli müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.

Təhlil.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Xaliq Faiqoğlu" MMC avtobuslarla xəttin istismarını noyabrın 7-dən həyata keçirəcək.

Metronun “Azadlıq prospekti” stansiyasını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili marşrut üzrə “Golden Dragon” markalı müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyət göstərəcək.

Marşrut üzrə ümumilikdə 10 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?