Bu gün

“Azərbaycanlıların və ermənilərin qayıdış məsələlərini eyniləşdirmək düzgün deyil” - RƏY

“Azərbaycanlıların Ermənistana qayıdışı ilə ermənilərin Qarabağa dönüşünü eyniləşdirmək absurddur”

Bu fikirləri təhlil.az saytına Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, politoloq Tofiq Abbasov açıqlamasında deyib.

O bildirib ki, son günlər Ermənistanın Baş naziri Nikol Paşinyanın “ermənilərin Qarabağa qayıtması sülhə təhlükə yaradar” bəyanatı, əslində Prezident İlham Əliyevin azərbaycanlıların Ermənistana qayıdışı ilə bağlı dediklərinə cavab xarakteri daşıyır:

“Bu iki məsələ mahiyyətcə tamamilə fərqlidir və onları eyni müstəviyə salmaq hüquqi baxımdan da yanlışdır. Çünki azərbaycanlılar 1990-cı illərin əvvəlində Ermənistandan zorla, silah gücü ilə, təhdid və işgəncələrlə qovulublar. Bu, açıq-aşkar etnik təmizləmə idi. İnsanlar doğulub böyüdükləri torpaqlardan didərgin salındı, əmlaklarını itirdilər. Ermənilərin Qarabağdan çıxışı isə tam fərqli məsələdir. Bu, separatçı rejimin planlı şəkildə həyata keçirdiyi təxribat idi. Məqsəd Azərbaycanı etnik təmizləmədə ittiham edib beynəlxalq aləmdə təzyiq yaratmaq idi”.

Ekspertin sözlərinə görə, Qarabağdan çıxan ermənilər əslində könüllü şəkildə bu addımı atıblar:

“Bütün bunlar əvvəlcədən planlaşdırılmışdı. Ermənilər öz çıxışlarını “faciə” kimi təqdim edib beynəlxalq təşkilatların gündəmini manipulyasiya etməyə çalışdılar. Məqsəd həm Azərbaycanın adını ləkələmək, həm də azərbaycanlıların Ermənistana qayıtması məsələsinin müzakirəsini önləmək idi”.

Politoloq hesab edir ki, indi Ermənistan rəhbərliyi “etnik təmizləmə” ritorikası ilə diqqəti əsas məsələdən, daha doğrusu tarixi ədalətin bərpasından yayındırmaq istəyir:

“Paşinyanın arqumentləri süni və populist xarakter daşıyır. Prezident İlham Əliyevin azərbaycanlıların Ermənistana qayıdışı ilə bağlı çağırışı isə tarixi və hüquqi reallıqlara tam uyğundur. Bu, sülh prosesinin əsas tərkib hissəsidir və Ermənistan bundan qaça bilməyəcək”.

Rasim Babayev 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?