Bu gün
Xankəndidə ilk magistr imtahanları keçiriləcək

İki ildən sonra Qarabağ Universitetinin ilk məzunları magistratura imtahanlarını birbaşa Xankəndidə verəcəklər.
Təhlil.az xəbərverir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Zəfər Günü” ilə bağlı tədbirdə məlumat verib.
O bildirib ki, artıq iki ildir Xankəndi Universitetinə qəbul aparılır və iki ildən sonra həmin universitetin ilk buraxılış məzunları magistr imtahanlarını elə orada verəcəklər.
Məleykə Abbaszadə vurğulayıb ki, bu proses təhsil sisteminin bərpasında növbəti mərhələyə keçidin göstəricisidir.
Bu gün