Bu gün
ABŞ dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

ABŞ dövlət katibi Marko Rubio 2026-cı ildə Mərkəzi Asiya ölkələrinə səfər etməyi planlaşdırır.
Təhlil.az xəbər verir ki, Rubio bu barədə C5+1 sammiti çərçivəsində keçirilən qəbulda məlumat verib.
Dövlət katibi bildirib ki, səfər Tramp administrasiyasının resurslarla zəngin bölgəyə diqqət yönəltmək kampaniyasının bir hissəsidir.
O, səfər zamanı Mərkəzi Asiyanın beş ölkəsinin xarici işlər nazirləri ilə görüşlər keçirəcəyini də qeyd edib.