Bu gün
Pezeşkiyan və Makron telefonla danışıblar

İran prezidenti Məsud Pezeşkiyan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb və iki tərəfli münasibətlərin inkişafı, eləcə də Tehranla Qərb ölkələri arasında qarşılıqlı əlaqələr müzakirə olunub.
Təhlil.az xəbər verir ki, Pezeşkiyan İranın həmişə dialoq və əməkdaşlığı alqışladığını bildirib. Lakin İran lideri "indi irəli addım atmaq Qərb tərəfdaşlarının öhdəsinə düşür" deyə vurğulayıb. "Səmimiyyətini sübut etməli olan İran deyil, İslam Respublikasının etimadını qazanmalı olan ABŞ və Avropadır", - Pezeşkiyan bildirib.
Öz növbəsində Makron İranla Qərb ölkələri arasında münasibətlərdə konkret nəticələr əldə etməyə imkan verəcək yeni danışıqlar çərçivəsinin yaradılması üzərində işləməyə hazır olduğunu bildirib.