Bu gün
Füzulinin su təchizatı üçün 17 milyon manatlıq layihəyə start verildi

Füzuli şəhərinin su təchizatı ilə bağlı yeni layihənin icrasına başlanılır.
Təhlil.az-ın məlumatına görə, şəhərin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədləri hazırlanacaq.
Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı hazırlıqlara start verib.
Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyəənləşdirməkdədir.
Eyni zamanda qurum görüləcək işlərin 17,450 milyon manata başa gələcəyini proqnozlaşdırıb.