Bu gün

"Nvidia" baş direktoru: Çin süni intellekt yarışında ABŞ-yə qalib gələcək

Amerikanın aparıcı çip təchizatçısı "Nvidia" şirkətinin baş direktoru və təsisçisi Jensen Xuanq Britaniyanın "Financial Times" (FT) qəzetinə müsahibəsində bildirib ki, Çin sənayedə daha az tənzimləmə və daha aşağı elektroenerji xərcləri səbəbindən süni intellekt yarışında ABŞ-yə qalib gələcək.

Təhlil.az-ın məlumatına görə, o əlavə edib ki, ABŞ yeni süni intellekt qaydalarını tətbiq edərkən, Çin subsidiyalar sayəsində pulsuz enerjiyə malik olub.

Keçmiş prezident Co Baydenin administrasiyası dövründə (2021-2025) ABŞ Amerika şirkətlərinin Çinə qabaqcıl prosessorlar tədarükünü qadağan edib. Sənaye liderlərindən biri olan "Nvidia" Çin şirkətlərinin ehtiyaclarını ödəmək və ixrac məhdudiyyətlərinə riayət etmək üçün ixtisaslaşdırılmış mikroçiplər hazırlayıb. Lakin Qərb mediasının məlumatına görə, Pekin Çin istehsalçılarını onlardan istifadə etməməyə çağırıb.

"Nvidia" şirkətinin baş direktoru əvvəllər ABŞ Prezidenti Donald Trampdan Çinə qarşı ixrac məhdudiyyətlərini qaldırmasını istəyib. Onun sözlərinə görə, Amerikanın ən son süni intellekt modelləri Çindəki rəqiblərindən yalnız bir qədər irəlidədir.

Xuanq qeyd edib ki, Amerika hakimiyyəti ABŞ şirkətlərinin qlobal bazarlarda lider mövqelərini qoruyub saxlamasına imkan vermək üçün ixrac məhdudiyyətlərini yumşaltmalıdır. İş adamı vurğulayıb ki, belə bir ssenaridə digər ölkələr Amerika texnologiyasından asılı olacaq.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?