Gürcüstan üzünü Qərbdən Şərqə çevirir - ŞƏRH

Gürcüstan hökuməti ilə Avropa İttifaqı arasındakı gərginlik artmaqda davam edir. Aİ rəsmilərinin Koxabidze hökumətinə qarşı sərt mövqeyi, vizasız rejimin ləğvi ilə bağlı açıqlamaları Tbilisini yenidən hərəkətə keçirib. Qərbin təzyiqi Gürcüstan hökumətini Şərqdəki tərəfdaşları ilə əməkdaşlığı gücləndirməyə məcbur edir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Beynəlxalq İdxal Sərgisində çıxış edərək ölkənin Avropa ilə Asiya arasında ticarət yollarının əsas elementinə çevrilmək istəyini bildirib. Gürcüstan Azərbaycanın dəstəyi və patronajlığı altında ölkəni region üçün əsas logistika mərkəzlərindən birinə çevirəcək çoxsaylı infrastruktur layihələri həyata keçirir.
Baş nazirin sözlərinə görə, Gürcüstan və Çin arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 15% artıb və bu, qismən də ölkələrin 2018-ci ildə imzaladığı azad ticarət müqaviləsi sayəsində baş verib. Bu ilin ilk üç rübünün nəticələrinə görə, Gürcüstan və Çin arasında ticarət dövriyyəsi 1,6 milyard dollara çatıb. Orta Dəhliz vasitəsilə daşınan konteynerlərin sayı 71% artıb. Kobaxidzenin Çinə səfəri zamanı bir sıra sazişlər, o cümlədən Çin kapitalının ölkəyə yerləşdirilməsini nəzərdə tutan süni intellekt sahəsində əməkdaşlıq imzalanıb. Bu, artıq ABŞ-də narazılığa səbəb olub və Gürcüstan hökuməti Amerika biznesi üçün imkanları məhdudlaşdırmaqda ittiham olunub.
Çin şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi Gürcüstan rəhbərliyinə regionda inkişaf etməkdə olan infrastrukturun sütunlarından biri kimi özünü təsdiqləməyə imkan verəcək. Çin biznesinin dəstəkçisi olduğu Gürcüstan rəhbərliyi Aİ ilə qarşıdurmada mövqeyini gücləndirə biləcək və Avropaya və Avropadan malların tədarükünə təsir göstərmək imkanı qazanacaq. Bu, Qərb strukturlarının Gürcüstan müxalifətini dəstəkləməyə davam etməsinə bir səbəb verir: bölgədə Çin təsirini neytrallaşdırmaq üçün nəzarət altında olan bir hökumətin mövcudluğu. Buna görə də də Aİ siyasi kulislərinin rəsmi Tbilisiyə qarşı yaxın zamanda yenidən hərəkətə keçəcəyini, müxalifəti dəstəkləyən ciddi addımlar atacağını proqnozlaşdırmaq olar.
Hikmət Həsənov