Bu gün
İri neft emalı zavodları üçün materialların idxalının ƏDV-dən azadolma müddəti artırılır

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalı 2029-cu il yanvarın 1-dək müddətinə ƏDV-dən azad ediləcək.
Təhlil.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, sözügedən güzəştlər 2021-ci il yanvarın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il yanvarın 1-də başa çatacaqdı.