Bu gün
Filippində qasırğa nəticəsində 140 nəfər həlak olub, fövqəladə rejim tətbiq edilib

Şəkil: "Reuters"
Filippinin mərkəzi və cənub bölgələrini vuran "Kalmaeqi" qasırğası nəticəsində həlak olanların sayı 140 nəfərə çatıb. Təhlil.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Prezident Ferdinand Romualdes Markos milli fəlakət rejiminin tətbiqini elan edib. Qasırğa nəticəsində 130 nəfər itkin düşüb. 500 mindən çox ailə və ya 1,9 milyondan çox filippinli zərər çəkib.
Bu gün