Bu gün

Aİ Serbiyadan rusiyalılara pasport verilməsini dayandırmağı tələb edib

Avropa İttifaqı Serbiyaya rus vətəndaşlarına pasport verilməsini dayandırmaqla bağlı çağırış edib.

Təhlil.az xəbər verir ki, Avropa Komissiyasının bəyanatında bildirilib ki, bu praktika Aİ üçün təhlükə yaradır. Rusiyalılar Serbiya vətəndaşlığı əldə etdikdə, Avropa İttifaqına vizasız səyahət hüququ qazanırlar.

Məlumata görə, 2022-ci ildən 2025-ci ilin mart ayınadək Serbiya “respublika qarşısında xidmətlərinə görə” 200-dən çox rusiyalıya vətəndaşlıq verib. Onların arasında Rusiya dövlət şirkətlərinin və müdafiə sənayesi müəssisələrinin əməkdaşları da var.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?