Bu gün

Tramp respublikaçıları şatdauna son qoymağa çağırıb

ABŞ Prezidenti Donald Tramp respublikaçıları şatdauna dərhal son qoymağa çağırıb.

Təhlil.az xəbər verir ki, senatorlarla səhər yeməyi zamanı Tramp “ölkəni açmaq vacibdir” deyib və bunun filibaster qaydalarının ləğvi ilə mümkün ola biləcəyinə inandığını bildirib.

Prezident vurğulayıb ki, bu taktika aradan qaldırılmadan Konqres illərlə iflic vəziyyətdə qalacaq. Onun sözlərinə görə, əvvəllər qanunverici orqan hökumətin maliyyələşdirilməsi ilə bağlı müvəqqəti razılaşmalara gedib, lakin bu dəfə vəziyyət fərqlidir.

Qeyd edək ki, filibaster ABŞ Senatında demokratlar tərəfindən hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihələrini bloklamaq üçün istifadə olunan prosedur taktikasıdır. Bu halda qanun layihəsinin qəbul edilməsi üçün ən azı 60 səs tələb olunur.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?