Bu gün

Xocalıda yeni yüksək gərginlik stansiyası tikiləcək

Xocalı rayonunun inzibati ərazisində yeni yüksək gərginlik stansiyası və transformator məntəqəsi tikiləcək.
Təhlil. xəbər verir ki, artıq layihələndirmə işlərinə başlanılıb.

“Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC bu məqsədlə “RYS Enerji Layihə” MMC ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, şirkətə layihələndirmə işlərinin icrası üçün 34 min manat ödənilib.

Bundan əlavə, Xocalıda tikiləcək Radio-Televiziya Yayım Stansiyasının bina və qülləsinin mühəndis bölmələrinə əlavə dəyişikliklər ediləcək, həmçinin stansiyanın yerləşəcəyi əraziyə yaxınlaşma yolunun layihələndirilməsi də həyata keçiriləcək.

Bu istiqamətdə işlər “Bakı Dövlət Layihə İnstitutu”na həvalə olunub. Müvafiq müqaviləyə əsasən, institut bu işlərə görə 94,5 min manat məbləğində vəsait alacaq.

Yeni stansiyanın inşası bölgənin enerji və yayım infrastrukturunun bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?