Yermak: Yüzlərlə ukraynalı uşaq həlak olub

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Yermak bildirib ki, müharibə nəticəsində yüzlərlə uşaq qətlə yetirilib, minlərlə uşaq isə zorla Rusiyaya və işğal olunmuş ərazilərə aparılıb. Rəsmi məlumatlara görə, 661 uşaq həlak olub, 2 200-dən çoxu yaralanıb. Bu, yalnız Kiyevin nəzarətində olan ərazilərdə təsdiqlənmiş rəqəmlərdir.
Təhlil.az xəbər verir ki, Yermakın sözlərinə görə, “Bring Kids Back UA” proqramı çərçivəsində 1 744 uşaq geri qaytarılıb, lakin bu proses hələ də çətin və təhlükəlidir. O, “Washington Examiner” üçün yazdığı məqalədə vurğulayıb ki, dünya Rusiyanı cavab verməyə məcbur etməlidir — sanksiyalar, Ukraynaya hərbi dəstək və beynəlxalq hüquqi məsuliyyət vasitəsilə. “Hər oğurlanmış uşaq sadəcə statistika deyil. Bu, bəşəriyyətə qarşı çağırışdır”, — deyə Yermak bildirib.