Bu gün

2026-cı il büdcəsində şəhid ailələri və əlillər üçün xüsusi pay

Gələn il dövlətin sosial müdafiə siyasəti çərçivəsində reabilitasiya və mənzil təminatı proqramlarına ayrılan vəsaitlər artırılır.

Təhlil.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin komitələrinin birgə iclasında çıxışı zamanı bildirib ki, 2026-cı ildə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına reabilitasiya vasitələrinin alınması üçün 31,7 milyon manat ayrılması planlaşdırılır.

Nazirin sözlərinə görə, bu vəsaitlər əsasən əlilliyi olan şəxslərin sosial reabilitasiyasına və onların gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək.

Bundan əlavə, şəhid ailələri, müharibə əlilləri və digər imtiyazlı kateqoriyadan olan şəxslərin mənzillərlə təminatı üçün 50 milyon manat xərclənəcək.
Bu məbləğin 40 milyon manatı dövlət icbari şəxsi sığorta vəsaiti, 10 milyon manatı isə Dövlət Sosial Müdafiə Fondunun investisiya gəlirləri hesabına maliyyələşdiriləcək.

Anar Əliyev qeyd edib ki, məqsəd imtiyazlı qrupların sosial təminatının davamlılığını gücləndirmək və onların yaşayış şəraitini daha da yaxşılaşdırmaqdır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?