Bu gün
Sankt-Peterburqda miqrantlara taksi və çatdırılma işləri qadağan edildi

Sankt-Peterburq hakimiyyəti miqrantların taksidə və çatdırılma xidmətlərində işləməsini rəsmi şəkildə qadağan edib.
Təhlil.az xəbər verir ki, rəsmilər bu addımı “kölgə məşğulluqla mübarizə”, “rusiyalılar üçün iş yerlərinin qorunması” və “xidmət keyfiyyətinin artırılması” ilə əsaslandırır.
Lakin nəticədə minlərlə miqrant işsiz qalıb, “Yandex Lavka” kimi xidmətlər isə artıq işçi çatışmazlığı ilə üzləşir.
Məlumatlara görə, “Yandex Lavka” qadağa qüvvəyə minmədən – noyabrın 3-dən əvvəl miqrant əməkdaşlarını sistemdən çıxarmağa başlayıb.
Hazırda yerli kuryerlər demək olar ki, hər gün işləməyə məcburdur, lakin buna baxmayaraq əməkhaqları artmayıb, əksinə, azalıb.
Bu gün
Bu gün
Bu gün