Bu gün
İmamoğlu ailəsinə ölkədən çıxış qadağası qoyuldu

İstanbul məhkəməsi şəhər meri Əkrəm İmamoğlunun atası Həsən İmamoğlu və oğlu Səlim İmamoğlunun ölkədən çıxışına qadağa qoyub.
Təhlil.az xəbər verir ki, qərar, merin "rüşvət alma" və "cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması" ittihamları üzrə aparılan antikorrupsiya istintaqı çərçivəsində qəbul edilib.
Məhkəmənin qərarına əsasən, hər iki şəxs yaxın günlərdə ifadə vermək üçün İstanbul Polis İdarəsinə çağırılacaq.
İstintaq materiallarına görə, Səlim İmamoğlunun Xorvatiyadakı bir şirkətin hesabına iri məbləğdə vəsait köçürdüyü iddia olunur.
Bu gün
Bu gün
Bu gün