Bu gün

İrəvandan Bakıya təşəkkür mesajı: Rusiya taxılı Azərbaycan üzərindən keçdi

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Rusiyadan göndərilən taxıl qatarının artıq Azərbaycan ərazisindən keçdiyini və Gürcüstan istiqamətinə yollandığını bildirib.

Təhlil.az xəbər verir ki, o bu barədə "Armenpress" agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya taxılını daşıyan qatarın yaxın zamanda Ermənistana çatması gözlənilir.

Qriqoryan bu prosesi regionda qarşılıqlı etimadın möhkəmlənməsi və sülh gündəliyinin irəliləməsi baxımından mühüm addım adlandırıb:

“Fürsətdən istifadə edərək, Azərbaycan və Rusiya tərəfdaşlarıma bu sahədə göstərdikləri əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Bu tədbir qarşılıqlı etimadın möhkəmlənməsi və sülh gündəliyinin irəliləməsi üçün böyük əhəmiyyət daşıyır”.

Məlumat üçün qeyd edək ki, bu, Rusiyadan Ermənistana gedən yüklərin ilk dəfə Azərbaycan üzərindən tranzitlə daşınması faktı kimi qiymətləndirilir. Bu addım regionda kommunikasiya əlaqələrinin açılması istiqamətində mühüm praktik nəticə hesab olunur.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?