05 noyabr

Yaşayış minimumu artırılır: kim nə qədər alacaq?

Gələn ildən Azərbaycanda yaşayış minimumu yenidən artacaq.

Təhlil.az xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılan “2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, əhalinin sosial-demoqrafik qrupları üzrə yeni məbləğlər müəyyənləşdirilib.

Layihəyə görə, 2026-cı ildə:

  • ölkə üzrə ümumi yaşayış minimumu – 300 manat,
  • əmək qabiliyyətli əhali üçün – 317 manat,
  • pensiyaçılar üçün – 245 manat,
  • uşaqlar üçün – 260 manat olacaq.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu rəqəmlər müvafiq olaraq 285, 305, 232 və 246 manat idi. Beləliklə, yaşayış minimumu orta hesabla 5,26% artırılır.

Sənəd qəbul olunacağı təqdirdə, yeni göstəricilər 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Bu artım hökumətin sosial siyasətində növbəti mərhələ hesab olunur və gələn il üçün pensiya, sosial müavinət və əməkhaqqı sistemlərində indeksasiya qərarları ilə də uzlaşa bilər.