Bu gün

Orta pensiya 590 manata çatacaq

2026-cı il dövlət büdcəsində əmək pensiyalarının maliyyələşdirilməsi üçün 782,4 milyon manat əlavə vəsait ayrılacaq.

Təhlil.az xəbər verir ki, bu, 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 10,9% artım deməkdir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin komitələrinin birgə iclasında bildirib ki, bu vəsaitin 81,2%-i (yəni 635,6 milyon manatı) indeksasiya xərclərinin ödənilməsinə yönəldiləcək.

Qalan hissə isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların maliyyələşdirilməsinə sərf olunacaq.

Nazir qeyd edib ki, gələn il üçün pensiyaların indeksasiyası təxminən 9,2% səviyyəsində gözlənilir. Bu isə orta pensiyanın 590 manata, yaşa görə pensiyanın isə 629 manata qədər yüksəlməsi deməkdir.

Bu artım həm sosial rifahın qorunmasına, həm də ölkədə inflyasiyanın təsirlərinin minimuma endirilməsinə xidmət edəcək.

 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?