Bu gün

Köçəryan oğlunu siyasətə gətirir

Ermənistanın sabiq prezidenti Robert Köçəryan, qarşıdan gələn parlament seçkilərində oğlu Levon Köçəryanı partiya siyahısında birinci yerə çıxarmağı planlaşdırır.

Təhlil.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti, siyasətçinin komandasındakı mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Levon Köçəryan son aylarda ölkənin müxtəlif bölgələrinə səfərlər edərək yerli icmalarla görüşlər keçirir — bu da onun seçki kampaniyasına hazırlaşdığına dair işarə kimi qiymətləndirilir.