Bu gün

Bu gün MDB Təhlükəsizlik Şurasının katiblərinin toplantısı keçiriləcək

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin 13-cü toplantısı bu gün Moskvada keçiriləcək.

Təhlil.az xəbər verir ki, toplantıya Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sədrlik edəcək.

O, həmçinin Azərbaycan, Ermənistan və Belarus nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edilir ki, iclasda MDB məkanında təhlükəsizlik sahəsində mövcud çağırış və təhdidlər, eləcə də onlara qarşı mümkün birgə tədbirlər müzakirə olunacaq.