Bu gün

Aİ Gürcüstan üçün vizasız rejimlə bağlı hesabatı dekabrda dərc edəcək

Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Gerçinski bildirib ki, Avropa Komissiyası dekabr ayında vizasız səyahət mexanizminin dayandırılması ilə bağlı illik hesabatı təqdim edəcək.

Təhlil.az xəbər verir ki, diplomatın sözlərinə görə, sənəd Gürcüstanı da əhatə edəcək və Aİ üzv dövlətləri hesabatda qeyd olunan “ciddi geriləmə” hallarını nəzərə alaraq əlavə addımlar barədə qərar verəcəklər.

“Dekabrın sonuna qədər mexanizmlə bağlı razılığa gələcəyimizi gözləyirik. Hesabat dərc edildikdən sonra Aİ ölkələri fundamental hüquqların pozulması hallarını nəzərə alaraq hansı tədbirlərin görülə biləcəyinə qərar verəcəklər” – deyə, səfir qeyd edib.