Bu gün

Səudiyyə Ərəbistanı Krallığının Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təhlil.az xəbər verir ki, məktubda qeyd olunub:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizi ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik etməkdən və səmimi arzularımı çatdırmaqdan çox məmnunam.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına daha çox tərəqqi və firavanlıq diləyirəm.

Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm".

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?