Bu gün
Pakistanda “Fitnə əl-Hindustan” qruplaşmasının 4 üzvü məhv edildi

Pakistanda “Fitnə əl-Hindustan” qruplaşmasının 4 silahlısı məhv edilib
Təhlil.az xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri Bəlucistan əyalətində əməliyyat zamanı “Fitnə əl-Hindustan” qruplaşmasının dörd üzvünü zərərsizləşdirib.
Mətbuat xidmətinin məlumatına görə, hadisə yerində silah və sursatlar müsadirə olunub.
Bildirilir ki, bölgədə “Hindistan tərəfindən dəstəklənən bütün döyüşçüləri məhv etmək” məqsədilə əməliyyatlar davam etdirilir.
Rəsmi mənbələrdən verilən bu açıqlama yerli mediada yayımlanıb. Müvafiq orqanların əlavə açıqlaması gözlənilir.