Bu gün

Cənubi Koreya öz nüvə silahını yaratmayacaq

Cənubi Koreya yaxın gələcəkdə öz nüvə silahını istehsal etməyi planlaşdırmır.

Təhlil.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri An Qyu Bek Seulda Pentaqon rəhbəri Pit Heqsetlə danışıqlardan sonra açıqlama verib.

Nazirin sözlərinə görə, Cənubi Koreya Nüvə Silahının Qadağan Edilməsi Müqaviləsinə sadiq qalır:

“Koreya Respublikası Nüvə Silahının Yayılmaması Müqaviləsinə qoşulub, buna görə də biz nüvə silahı hazırlamayacağıq,” – deyə An Qyu Bek bildirib.

O, əlavə edib ki, ölkə öz nüvə proqramının olmaması şəraitində ABŞ ilə əməkdaşlığa və Vaşinqtonun nüvə imkanlarının müdafiə strategiyasına inteqrasiyasına arxalanacaq.

Öz növbəsində, ABŞ müdafiə naziri Pit Heqset qeyd edib ki, Vaşinqton Seulla atom sualtı qayıqlarının istehsalı sahəsində sıx əməkdaşlıq edəcək.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?