Bu gün

Gürcüstan və Ermənistan arasında qalmaqal yaranıb

Gürcüstan Avronest Parlament Assambleyasının ölkədə "demokratiyanın tənəzzülü"ndən bəhs edən qətnaməsini dəstəkləyən erməni parlamentarilərini tənqid edib. Sənəd 31 oktyabrda dərc edilib və Tbilisidə güclü reaksiyaya səbəb olub.

Təhlil.az xəbər verir ki, Gürcüstan Parlamentinin vitse-spikeri Nino Tsilosani qətnamənin "məzmunsuz" olduğunu və onu dəstəkləyən erməni deputatların "əslində öz baş nazirlərinə inamsızlıqları”nı ifadə etdiklərini bildirib.

"Ermənistanın baş naziri rəsmi olaraq Gürcüstana səfər edib və qanuni seçilmiş hökumətlə görüşüb. Gürcüstan hakimiyyətinin qanunsuzluğundan bəhs edən qətnaməni dəstəkləməklə onlar öz baş nazirlərinin mövqeyinə zidd gedirlər. Bu arqumentlər Gürcüstana zərər verməyi hədəfləyən bu qətnamənin nə qədər mənasız olduğunu açıq şəkildə göstərir", - Tsilosani vurğulayıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?