Zəfər Günü ilə bağlı bir sıra küçələrdə hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

8 Noyabr – Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıq məqsədilə 5-6 noyabr tarixlərində, saat 10:00-dan 16:00-dək Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək.
Təhlil.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Məhdudiyyətlər Azneft dairəsi, Neftçilər prospekti, 8 Noyabr prospekti, Ağ Şəhər Bulvarı, eləcə də X.Rüstəmov və Y.Səfərov küçələrini əhatə edəcək.
Sürücülərə alternativ olaraq Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətinə və ya “20 Yanvar”–Yeni Yasamal marşrutundan istifadə tövsiyə olunur.
DYP vətəndaşlardan qeyd edilən məhdudiyyətləri nəzərə alaraq şəxsi avtomobillərdən mümkün qədər az, ictimai nəqliyyatdan isə daha çox istifadə etmələrini xahiş edib.