04 noyabr

Gələn il media xərcləri 11 milyon manat artacaq

2026-cı il dövlət büdcəsində televiziya, radio və nəşriyyat xərcləri 2025-ci illə müqayisədə 11 milyon manat və ya 16,2 faiz artımla ümumilikdə 78,7 milyon manat həcmində proqnozlaşdırılır.

Trend-in məlumatına görə, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, media qurumlarının, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, İctimai Televiziya və Radio Yayımları Şirkəti və “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi üçün 64,8 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?