Bu gün				
				Məşhur bloger yenidən axtarışa verildi

Rusiya hakimiyyəti çirkli pulların yuyulmasında şübhəli bilinən azərbaycanlı mənşəli milyonçu və bloqer Hüseyn Həsənovu yenidən axtarışa verib.
Təhlil.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında qeyd edilib.
Məlumatda bildirilir ki, Həsənov mayın 14-də Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi ilə (“cinayət nəticəsində əldə edilmiş külli miqdarda çirkli pulların və ya digər əmlakın leqallaşdırılması”) ittiham olunaraq axtarışa verilib.
Daha sonra blogerin vəkili Dmitri Kozyaykin Həsənovun Rusiyaya qayıtmaq məsələsini nəzərdən keçirdiyini açıqlamışdı.