Bu gün

Nensi Pelosi siyasətdən gedə bilər

ABŞ Konqresinin sabiq spikeri, Demokratlar Partiyasının üzvü və Donald Trampın əsas siyasi rəqiblərindən biri olan Nensi Pelosi siyasəti tərk etməyə hazırlaşır.

Təhlil.az-ın məlumatına görə,  85 yaşlı Pelosi 4 noyabrda keçiriləcək seçkilərdən sonra istefasını elan edə bilər. Həmin gün seçicilər “Təklif 50” adlı qanun layihəsinə səs verəcəklər. Sənəd seçki dairələrinin sərhədlərinin dəyişdirilməsini nəzərdə tutur ki, bu da demokratlara növbəti aralıq seçkilərdə əlavə yerlər qazanmaq imkanı verəcək.

Demokrat Partiyasındakı bir neçə mənbənin verdiyi məlumata əsasən, Pelosi 2026-cı ildə yenidən namizədliyini irəli sürməyəcək və bununla da San-Fransiskodakı dairəsində təxminən 40 illik siyasi fəaliyyətinə son qoyacaq.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?