Bu gün				
				Xəzər sahilində 112 ölü suiti aşkarlanıb

Qazaxıstanın Mangistau vilayətinin ekologiya departamentinin əməkdaşları Xəzər dənizinin sahillərində 112 suiti cəsədi aşkar ediblər.
Təhlil.az xəbər verir ki, bu barədə qurumun məlumat deyilir.
Vurğulanıb ki, Tüpkaraqan rayonunun Asan kəndindən Bautino burnuna qədər olan sahil zolağında aparılan monitorinqlər zamanı 112 Xəzər suitisinin cəsədi aşkar edilib.
Ölümlərin səbəbini müəyyən etmək üçün hadisə yerindən dəniz suyu nümunələri götürülüb.