Dünən
Böyük Britaniya Ukraynaya əlavə uzaqmənzilli "Storm Shadow" raketləri partiyasını təqdim edib

Böyük Britaniya Ukraynanın Rusiya obyektlərinə zərbələr endirməyə davam edə bilməsi üçün Kiyevə əlavə uzaqmənzilli "Storm Shadow" raketləri partiyasını təqdim edib.
Təhlil.az bu barədə "Bloomberg" agentliyinin məlumatına istinadla xəbər verir.
"Qış ayları ərəfəsində Ukraynanı ehtiyatlarla təmin etmək üçün qeyd olunmamış sayda raketin tədarükü həyata keçirilib", - materialda qeyd olunur.
Verilən sursatların miqdarı dəqiq bildirilmir, tədarükün özü isə rəsmi olaraq elan edilməyib.
Qeyd edək ki, "Storm Shadow" raketləri mürəkkəb naviqasiya sistemi istifadə edərək 250 kilometrdən artıq məsafədə hədəfləri vura bilir.
Dünən