Dünən

Filipp Ekozyans: “Erməni kilsəsini ermənilər yox, Vatikan yaradıb” - AÇIQLAMA

“Bu gün “erməni apostol kilsəsi” adlandırılan dini qurum, əslində, ermənilərin deyil, Vatikanın təşəbbüsü ilə XVII əsrdə yaradılıb. Sözügedən kilsə ermənilərin iddia etdiyi kimi V əsrdə deyil, çox sonralar formalaşıb”.

Bu fikirləri təhlil.az saytına erməni mənşəli tarixçi alim Filipp Ekozyans açıqlamasında deyib.

O bildirib ki, kilsənin “apostol” olması barədə heç bir məlumat yoxdur:

“Əgər Vatikan ensiklopediyasına baxsanız, orada “Erməni kilsəsinin apostol kilsə olduğu” barədə heç nə yazılmayıb. Bəs Avropalılar və Roma niyə müsəlman dünyasında onlara tam tabe olacaq bir erməni kilsəsi yaratmaq istəyirdilər? Türklərin Konstantinopolu fəth etdiyi andan etibarən xristian Avropasının əsas məqsədi Osmanlı imperiyasını zəiflətmək, onu dağıtmaq və bir neçə kiçik dövlətə parçalamaq idi”.

Tarixçi qeyd edib ki, hələ Makiavelli “Hökmdar” əsərində Osmanlı imperiyasını ələ keçirməyin çətinliyindən yazırdı:

“O qeyd edirdi ki, Osmanlıda bütün təbəələr sultana sədaqətlidirlər. Bu səbəbdən Romada qərara aldılar ki, imperiya daxilində daxili müxalifət yaratsınlar. Beləliklə, Vatikan erməni dini icmasını dəyişdirərək onu bu gün bildiyimiz mənada “Erməni kilsəsinə” çevirdi”.

Filipp Ekozyansın sözlərinə görə, Vatikan əvvəlcə bu kilsəni Osmanlı imperiyası ərazisində formalaşdırmaq istəyib, lakin bu cəhd uğursuz alınıb:

“Nəticədə erməni kilsəsi Səfəvi imperiyası ərazisində yaradıldı. Onun mərkəzi isə sonradan İrəvan xanlığı seçildi. Rus imperiyası bu əraziləri işğal etdikdən sonra çar anlayırdı ki, onun əlinə yalnız torpaq deyil, həm də Əçmiədzin vasitəsilə təsir göstərə biləcəyi ciddi ideoloji resurs düşüb. Elə bu dövrdən başlayaraq Əçmiədzin üzərindən ermənilik üzərində nüfuz savaşı gedib. Rus çarına təkliflər verilirdi ki, Əçmiədzin yalnız Rusiya ermənilərinin – yəni imperiya təbəələrinin mərkəzinə çevrilsin. Amma bu halda Əçmiədzin öz mərkəzi rolunu itirərdi, çünki Osmanlıdakı ermənilər ondan kənarda qalacaqdı. Nəticədə vəziyyət elə formalaşdı ki, katolikosun seçiminə həm Rusiya, həm Türkiyə, həm də Qərb ölkələri, o cümlədən konstaninopollu ermənilər təsir göstərməyə başladılar”.

O qeyd edib ki, Sovet dövründə Vatikanın Erməni kilsəsinə təsiri demək olar ki, yox dərəcəsində idi, lakin SSRİ dağıldıqdan sonra Roma əvvəlki mövqelərini qismən bərpa etdi:

“Bu, o demək deyil ki, Vatikan bu gün Erməni kilsəsinə tam nəzarət edir. Onun bir hissəsi Rusiyanın, digər hissəsi isə Qərbin təsiri altındadır. Amma hazırda Erməni kilsəsinə ən çox təsir edən güc məhz Vatikanın özüdür”.

Tarixçi Erməni kilsəsinin Azərbaycanın alban dini irsinə iddialarını absurd adlandırıb:

“Erməni xalqının və kilsəsinin kiminsə dini və mədəni irsinə, o cümlədən Qafqaz Albaniyasına və qədim məbədlərə iddiaları tam absurddur. Çünki elə Erməni kilsəsini belə ermənilər yox, Vatikan yaradıb. Ümumiyyətlə, bugünkü ermənilərin qədim dövrlərdə yaşamış ermənilərlə heç bir genetik və mənəvi bağlılığı yoxdur”.

O vurğulayıb ki, Azərbaycan multikulturalizm və dini müxtəliflik siyasətinə sadiq qalaraq öz ərazisində yerləşən həm müsəlman, həm də xristian, o cümlədən Alban abidələrini qoruyur və tədqiq edir: “Azərbaycan dini və mədəni irsə hörmətlə yanaşır. Ermənilər isə əksinə, monoetnik cəmiyyət formalaşdırmaq yolu ilə gedirlər”.

Rasim Babayev  

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?