Bu gün
Azərbaycanda əsgərlərə maaşlar kartla verilir - RƏSMİ

Hazırda Azərbaycanda əsgərlərə maaşları kartla verilir.
Təhlil.az bu barədə Müdafiə Nazirliyinin məlumatında istinadla xəbər verir.
Qeyd olunur ki, Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam edir:
"Tədbirlər çərçivəsində bütün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının "əsgər kartı" ilə təmin olunması planlı şəkildə yerinə yetirilib. Bununla da əsgərlərin aylıq məvaciblərini vaxtında, rahat və şəffaf şəkildə əldə etmələrinə nail olunub", - MN-dən əlavə olunub.
Bu gün
Bu gün