Bu gün

Kamçatkada güclü zəlzələ

Rusiyanın Kamçatka bölgəsində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb. Seysmik hadisə regionun paytaxtında hiss olunub.

Təhlil.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə saat 11:10-da Petropavlovsk-Kamçatskidən 154 kilometr məsafədə baş verib. Zəlzələnin episentri 22,3 km dərinlikdə yerləşib. İlkin məlumatlara görə, regionun paytaxtında təkanın intensivliyi 3 bal qiymətləndirilib.

Bildirilir ki, Bakı vaxtı ilə saat 11:19-da 5 ballıq daha bir zəlzələ Petropavlovsk-Kamçatskidən 149 km məsafədə 21,4 km dərinlikdə qeydə alınıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?