Bu gün

Ukrayna Rusiyada neft zavoduna zərbə endirib

Ukrayna Rusiyada neft zavoduna zərbə endirib Ukrayna Silahlı Qüvvələri Rusiyanın Saratov Neft Emalı Zavoduna zərbə endirib.

Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"2025-ci il noyabrın 3-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Saratov vilayətində yerləşən neft emalı zavoduna zərbə endirib. "ELOU AVT-6" neft emalı qurğuları kompleksi ərazisində yanğın qeydə alınıb", - Baş Qərargahdan bildirilib.

Saratov Neft Emalı Zavodu Rusiyanın ən qədim neft emalı müəssisələrindən biridir. 2023-ci ildə onun emal gücü 4,8 milyon ton təşkil edib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?