03 noyabr

Türkiyə “Fergani” Layihəsi ilə Milli GPS Sisteminə daha bir addım yaxınlaşdı

Baykarın baş texniki direktoru Səlcuq Bayraqdar tərəfindən qurulan “Fergani Space Technologies” şirkəti, “SpaceX”in “Falcon 9” raketi ilə ikinci tam yerli peyki olan FGN-100-D2-ni kosmosa buraxdı.

Təhlil.az xəbər verir ki, 104 kq çəkidəki peyk, 510 km yüksəklikdə aşağı Yer orbitinə çıxdı və bu, Türkiyədə GPS ilə müqayisə edilə bilən milli naviqasiya şəbəkəsi olan Uluq Bəy Qlobal Naviqasiya Sisteminin yaradılması istiqamətində daha bir addım oldu.

“Fergani” hazırda 135 mühəndis işlədir və beş il ərzində orbitə 100-dən çox peyk çıxarmağı planlaşdırır, eyni zamanda orbital nəqliyyat vasitəsi və öz buraxılış sistemini inkişaf etdirir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?