03 noyabr
Gürcüstanda vəzifəli şəxslər eyni vaxtda iki ödənişli vəzifə tuta bilməyəcək

Gürcüstanda vəzifəli şəxslərə eyni vaxtda iki ödənişli vəzifə tutmaq qadağan edilib.
Təhlil.az xəbər verir ki, Gürcüstanda korrupsiyaya qarşı mübarizə qanununa edilən dəyişikliklər artıq qüvvəyə minib. Baş nazir İrakli Kobaxidze bildirib ki, məqsəd dövlət qulluğunun səmərəliliyini artırmaq və lazımsız xərcləri azaltmaqdır.
Elmi, tədris, yaradıcılıq və idman fəaliyyətləri ilə məşğul olanlar, eləcə də ehtiyatda olan hərbi qulluqçular istisna edilir.
2026-cı ildə dövlət qulluqçularının, müəllimlərin, hərbi qulluqçuların və polis əməkdaşlarının maaşları 10% artırılacaq.
Qanunun pozulması işdən çıxarılma və dövlət sektorunda işləməkdən iki illik qadağa ilə nəticələnəcək.
26 fevral
26 fevral
26 fevral