Bu gün
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək.
Təhlil.az bu barədə Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir.
Bildirilir ki, 3-7 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - məlumatda qeyd olunub.
Bu gün
Bu gün