Bu gün

Belqradda iğtişaşlar: 37 nəfər saxlanılıb

Serbiya polisi paytaxt Belqradda parlament binası qarşısında baş verən iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən 37 nəfəri saxlayıb.

Təhlil.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları iğtişaşlarda iştirak edən bütün şəxsləri müəyyənləşdirməyə və saxlamağa davam edir.

Prezident Aleksandar Vuçiç etirazçıları hökumət tərəfdarlarının qurduğu çadır düşərgəsinə pirotexniki vasitələrlə hücum etməkdə, həmçinin ölkənin yeddi şəhərində hakim Serbiyanın Tərəqqi Partiyasının ofislərinə hücumlarda iştirak etməkdə ittiham edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisələr zamanı bir polis əməkdaşı xəsarət alıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?