Bu gün

Əfqanıstanda güclü zəlzələ: 20 ölü, 140 yaralı

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində azı 20 nəfər həlak olub, 140-dan çox insan yaralanıb.

Təhlil.az xəbər verir ki, məlumatı “Taliban” hökumətinin Bədən Tərbiyəsi və İdman İdarəsinin sədri, Milli Olimpiya Komitəsinin rəhbəri Maulvi Əhmədullah Vasiq özünün “Facebook” səhifəsində paylaşıb.

Onun sözlərinə görə, ən böyük dağıntılar və insan tələfatı Samanqan və Balx əyalətlərinin şimal hissəsində, xüsusilə Daşkurqan şəhərində qeydə alınıb.
“Zəlzələnin yeraltı təkanları çox güclü olub, ölənlərin sayı arta bilər”, – Əhmədullah Vasiq qeyd edib.

Xatırladaq ki, Bakı vaxtı ilə saat 00:28-də Əfqanıstanın şimalında – Balx əyalətində, Məzari-Şərif şəhərindən 45 km cənub-şərqdə 6,3 maqnitudada zəlzələ baş verib.

Qeyd edək ki, bu, son illərin ən dağıdıcı təkanlarından biridir. 2025-ci ilin avqust ayında Əfqanıstanda baş vermiş 6 maqnitudalı zəlzələ nəticəsində 2 200-dən çox insan həyatını itirmişdi.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?