Bu gün

Bu həftə 4 günlük bayram istirahəti olacaq

Bu həftəsonundan başlayaraq Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq.

Təhlil.az xəbər verir ki, 8 Noyabr - Zəfər Günü şənbə, 9 Noyabr Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf edir.

Qanunvericiliyə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bununla da, noyabrın 8, 9, 10 və 11-i qeyri-iş günləri hesab olunacaq.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?